среда, 2 января 2013 г.


* * *
Bizi əhatə edən ətraf aləm gözəl təbiət mənzərələri ilə zəngindir.İnsan bir anlıq bu əsrarəngiz aləm qarşısında heyrətini gizlədə bilmir.Şair qələmi,rəssam fırçası acizdir bunları vəsf etmək üçün...
Hərdən gərginlikdən ətrafa nəzər salmırıq.Amma adi bir su şırıltısı,yarpaqların xəfif titrəyişi,qarışıq fikir və düşüncələrimizi alıb götürən həzin meh bizi xəyalən çox uzaqlara aparır.Gözəl dağ,səma və dəniz mənzərələri insanda gözəl duyğular aşılayır.
Ana qayğısı ilə yanaşır insanlara .....Məhs ona görə təbiətə "Ana təbiət"də deyirik bəzən...Övladları-4 fəslin heç biri arasında ayrı-seçkilik salmayaraq hər birinə özünəməxsus gözəlliklər bəxş edir..
Ana borcu ödənməz..Heç nə ilə qaytarılmaz..Bəs biz nə edirik?Onu incidirik,Bizdən heç bir təmannası olmayan gözəl təbiətimizə qarşılıq budurmu??..

Havamızı zəhərləyirik müxtəlif kimyəvi tullantılarla..Öz mənafeyimiz,şəxsi mənfəətimiz üçün..
Dənizimizi çirkləndiririk bilə-bilə,müxtəlif əşyalar atırıq,əlimizdəki lazımsız zibilləri fəxrlə dənizə tullayırıq..Düşünmürük ki,o bizə bayaqdan fikrimizi toplamaqda,problemlərdən xilas olmaqda kömək etmişdir..Sirdaş olmuşdur göz yaşlarımıza..Bəlkə birdə nə vaxtsa ehtiyacımız olacaq ona...O zaman nə üzlə gələciyik onun görüşünə?..
Ağacları kəsirik bununla nəfəsimizidə kəsmiş oluruq..Bir xəstənin ciyərlərinə gedən oksigen borusu kəsmək kimi bir şey deyilmi bu?Özü də bir yox bütün cəmiyyətin nəfəsini..Görəsən niyə?Halbuki bu ağaclar bizə nə qədər lazımdır..Xüsusilə də indi..
Axı elə şeylər var ki bu öz əlimizdədir..Niyə axı biz insanlar bunu anlamırıq?Anlayırıq,amma fərqinə varmırıq..Bu məsələnin ciddiyətinə varmırıq..
Ondan çox şey umuruq..Bəs özümüz nə etmişik onun bizə verdiklərinin qarşılığında?Bunu düşündükmü?Dili yoxdur danışa bilmir,ifadə edə bilmir,amma bu lal sükutu ilə hönkürür sanki.."Mən necə idim..Siz necə etdiz..."-deyir..Amma yenə də qisas almır bizdən,əksinə "yamanlığa yaxşılıq" deyib öz sədaqətini nümayiş etdirir illərdir..
Axı o "Ana Təbiət"dir..Bütün pisliklərdən uzaq təbiətimizdir bizim..Allah tərəfindən bəxş edilmiş təbii sərvətimizdir...
* * *

Maraqlı Təbiət Hadisələri.
Qara Günəş- Danimarka: Danimarkada bahar boyunca günəşin doğuşundan əvvəl yarım saatda bir Avropanın hər yerindən gələn malcıq quş sürüləri birləşərək inanılmaz şəkillər sərgiləyirdi. Qara Günəş adı verilən bu hadisə baharın başından aprel ayının ortalarına qədər izlənilə bilirdi.
Davamlı Qasırğa- Venesuela: Venesueladakı Catatumbo Çayının ağızında yaranan Catatumbo ildırımı da maraqlı bir fenomen. 5 kilometr yüksəkdə buluddan buluda meydana gələn bu ildırım, ildə 140 və 160 gecə boyunca elektrik qığılcımlarına səbəb oldu. Bu hadisə bütün gecə gecə 10 saat boyunca və saatda 280 dəfə davam edirdi. Bu davamlı qasırğa daha çox bataqlıq bölgəsində baş verir, və planetdəki ən böyük ozon generatoru olaraq qəbul edilirdi. Bölgədə, 1 milyon 176 min dəfə, 400 min amper sıxlığında elektrik boşalması yaşanır və bu vəziyyət 400 kilometr uzaqdan da görülə bilirdi.
Dırmaşan keçilər, Fas: Keçilərin ağaclara dırmaşması Fasda sıxlıqla rast gəlinən bir vəziyyət. Bunun səbəbi isə keçilərin, argan ağacının meyvələrini çox sevir olması. Daldan dala dırmaşa keçi sürülərini isə cütçülər izləyir. Çünki keçilər meyvələrin içindəki yemişi yeyə bilmir, buna görə ya qusur ya da nəcisləmə yoluyla atır. Cütçülərdə bunları yığıb argan yağı istehsalında istifadə edir
Honundras, Balıq Yağışı: Balıq Yağışı Honundras mədəniyyətində olduqca böyük bir anlayışdır. Bu təbiət hadisəsi Yoro şəhərində may və iyul ayları arasında meydana gəlir. Səmanın tünd bir bulud örtür, bunu 2-3 saat boyunca ildırım, göy gurultusu, sərt küləklər və yağışlar izləyir. Yağış dayandığında isə yerdə yüzlərlə canlı balıq ölür. İnsanlar bunları götürərək, bişirir. Üstəlik 'balıq yağışı' adlı bir festivalları belə var.
Qırmızı yağış, Kerala: 2001-ci ildə 25 İyul ilə 23 Sentyabr arasında görülən qırmızı yağış Cənub Hindistanın Kerala Əyalətində meydana gəldi. Yalnız qan qırmızı yağışlar deyil, sarı, mavi, yaşıl və qara olanları da görüldü. Hindistan hökumətinin qurduğu komissiya, bu rənglənmənin məhsuldar torpaqlardakı alglerden havadan enən idmanlar səbəbiylə olduğunu sübut etdi. 2006 ilinin başlarında bu partiküllerin dünya xarici hüceyrələr olduğu iddiası ortaya atıldı. Daha sonra edilən nitrojen və karbonun izotopik nisbətləri araşdırılaraq bu bərk materialların dünyamıza aid olduğu təyin olundu.
Dünyanın ən uzun dalğası, Braziliya: Amazon Çayının ağızındakı Atlantik Okeanı axıntıları səbəbiylə yaranan bu hadisəyə ildə iki dəfə fevral və mart aylarında rast gəlinir. Pororoca( Möhtəşəm dağıdıcı səs-küy) deyilən hadisədə, dalğalar gəlmədən yarım saat əvvəl səsləri eşidilir. Sörfçülərin maraq mərkəzi olan bu dalğalar əslində çox təhlükəli, çünki önünə qatdığı hər şeyi sürüyəcək gücə sahibdir. 2003 ilində Braziliyalı bir sörfçü Picuruta Salazar 37 dəqiqə boyunca 12.5 kilometr sörf edərək rekord qırdı.
Alov Göyqruşağı, Idaho: Bu təbiət hadisəsi də günəş təpədəykən işıqlarının yüksək irtifadaki yarı şəffaf sirüs buludlarının arasından keçməsiylə meydana gəlir. Bu hadisə 3 İyul 2006da Amerikanın Idaho Əyalətində görüldü.

Azərbaycan Təbiəti.
Günəş, səma, hava, su, bütün canlılar və insanın özü də təbiətin bir hissəsidir. Təbiət canlı və cansız olur. Günəş, ulduzlar, hava, su, daşlar cansız təbiəti təşkil edir. Bitkilər, göbələklər, heyvanlar  canlı təbiətdir. Respublikamızın hər bir vətəndaşı öz təbiətini öyrənməli və sevməlidir. Hər tərəfi xalı kimi bəzəyən meşələr, gur və sakit axan çaylar, ecaskar göllər, mavi Xəzər, vəhşi heyvanlar, buz kimi bulaqlar, əzəmətli dağlar gözəl şeirlərdə vəsf edilmişdir. Bu mənada böyük şairimiz Səməd Vurğunun “Azərbaycan” seiri birinci yada düşür:
Çox keçmişəm bu dağlardan, 
Durna gözlü bulaqlardan; 
Eşitmişəm uzaqlardan 
Sakit axan arazları; 
Sınamışam dostu, yarı... 

El bilir ki, sən mənimsən, 
Yurdum, yuvam, məskənimsən, 
Anam, doğma vətənimsən! 
Ayrılarmı könül candan? 
Azərbaycan, Azərbaycan!
Azərbaycan ərazisindən iki iri çay axır – Kür və Araz. Ölkəmizin relyefi mürəkkəbdir və dağ sistemlərindən (şimalda – Böyük Qafqaz, qərb və cənub-qərbdə – Kiçik Qafqaz və cənub-şərqdə – Talış dağları) və Kür-Araz ovalığından ibarətdir. Şahdağdakı Bazardüzü (4466) Azərbaycanın ən hündür zirvəsidir. Palçıq vulkanlarının sayı və müxtəlifliyinə görə Azərbaycan dünyada birinci yer tutur. Azərbaycanın iqliminə, əsasən, coğrafi mövqe, relyef və Xəzər dənizi təsir göstərir. V.V.Keppenə görə, dünyada mövcud olan 11 iqlim tipindən 9-na Azərbaycanda rast gəlinir. Bunlar yarımsəhra, quru çöl, subtropik, yayı quraq keçən mülayim-isti, qışı quraq keçən soyuq, yayı quraq keçən soyuq, yağıntısı bərabər paylanan mülayim-isti, bol yağıntılı soyuq iqlim, dağlıq tundra iqlim tipləridir. Xəzər dənizi dünyanın ən böyük axarsız gölüdür.   
Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir. Ölkə ərazisində dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, Qafqaz xirniyi, bigəvər, şümşad, Eldar şamı və s. ağaclara rast gəlinir. 140 bitki növü “Qırmızı kitab”a salınıb.  Ərazimizin 20%-inin Ermənistan tərəfindən işğal olunması nəticəsində Zəngilan rayonunda yerləşən Bəsitçay qoruğunda Şərq çinarı yer üzündən silinmişdir.
Azərbaycan Respublikası ərazisində təbii şəraitin müxtəlifliyi ilə əlaqədar onun heyvanlar aləmi də çox rəngarəngdir. Respublika ərazisində  çox sayda məməlilər, quşlar, sürünənlər, xərçəngkimilər, suda-quruda yaşayanlar və s. qeydə alınmışdır. Azərbaycan Respublikasının “Qırmızı kitab”ına 108 növ heyvanın adı daxil edilmişdir. Onlardan 14 növü məməli, 36 növü quş, 13 növü sürünən və suda-quruda yaşayan, 5 növü balıq, 40 növü həşəratdır.
Nadir flora və faunanın qorunması məqsədilə respublikamızın ərazisində dövlət qoruqları, dövlət təbiət yasaqlıqları və milli parklar yaradılmışdır. Ölkə ərazisində 6 Milli Park (Hirkan, Şirvan, Ağgöl, Ordubad, Abşeron, Altıağac Milli Parkları) və 12 qoruq (Bəsitçay, Qarayazı, Qaragöl, Göy-göl, Qızılağac, İlisu, İsmayıllı, Pirqulu, Türyançay, Zaqatala, Eldar Şamı, Şahbuz, Şirvan qoruqları)  fəaliyyət göstərir.
Xəzər dənizi xalqımızın həyatında çox böyük rol oynayır. Yeganə məməli su heyvanı olan Xəzər suiti həm də Yer kürəsinin ən kiçik məməlisidir və “Qırmızı kitab”a daxildir.
Azərbaycan Respublikasının ərazisi faydalı qazıntılarla zəngindir. Abşeron yarımadasında neftin olması haqqında hələ 5000 il əvvəl məlum idi. Ölkə ərazisində dəmir, alüminium, civə, qızıl, mis, qurğuşun, sink kobalt, molibden filizləri var.
Azərbaycan ərazisində müxtəlif kimyəvi tərkibli mineral mənbələri mövcuddur. Tərkib zənginliyinə görə Azərbaycanı “mineral sular muzeyi” adlandırırlar. Kəlbəcərin İstisu, Naxçıvanın Badamlı və Sirab mineral suları ölkəmizin hüdudlarından çox-çox uzaqlarda tanınır. Abşeronun Suraxanı və Zıx, Şabran rayonunun Qalaaltı, Culfa rayonunun Turşsu mineral sularının müalicəvi xüsusiyyətləri məlumdur. Talış dağları, Böyük Qafqazın cənub və şimal-şərq yamacları əsasən termal sularla zəngindir.

Təbiət və İnsan.
Təbiət insan zəkasından asılı olmayaraq öz-özünü tənzimləyən obyektiv varlıqdır. O, təbii proseslər və qanunauyğunluqlar əsasında yaranmış uzun sürən təkamül prosesində inkişaf etmişdir. İnsan-təbiətin bir hissəsi, onun ən ali üzvüdür. Bioenergetik varlıq olan insan kainatın ayrılmaz tərkib hissəsi olmaqla təbiət amilləri ilə qarşılıqlı təsirdə artır, yaşayır və inkişaf edir.
40 ildən artıq Afrika təbiətinin vəhşi aləmi ilə üz-üzə qalan Con Abamson yazır: “İnsan-təbiətin yalnız bir hissəsidir, onun ən ali məhsuludur. Lakin təxminən 5min il bundan əvvəl həmin insan ilk dəfə təbiətə qarşı üsyan etməyə başladı. Həmin təbiətə ki, onu yaşatmış və milyon ildən artıq yedirtmişdir. Beş min il texniki tərəqqi, təbiətin yaratdığı canlılar arasında yeganə ikiayaqlı qiyamçının beş minlik qələbəsi...”
Akademik S.S.Şvars göstərir ki, biosfer həyat üçün zəruri olan elementlərin optimal nisbətini milyon illərlə sabit saxlamış, lakin bir neçə onillik ərzində insan bu tarazlığı poza bilmişdir. Bu pozulma isə iqlimin qeyri-əlverişli dəyişilə bilməsi kimi qlobal təhlükə ilə nəticələnə bilər.
Fransız alimi C.Dorst qeyd edir ki, Yer kürəsində insanın peyda olması, tarixdə özünü geoloji dövrlərdə heyvanat və bitki aləmində qlobal miqyasda baş vermiş böyük yaradıcı, dağıdıcı və dəyişdirici proses kimi göstərilmişdir.
Akademik V.İ.Vernadski biosferin yenidən qurulmasını, onun yeni vəziyyət almasını yer kürəsində yeni geoloji hadisə adlandırırdı. O yazırdı: “Burada insan ilk dəfə geoloji güc kimi mövcudluğunu göstərir. O, özünün həyat tərzini öz zəhməti və şüuru ilə yenidən qura bilər və qurmalıdır.”
Təəssüflə qeyd etmək lazımdır ki, müasir insanın qlobal antropogen və texnogen fəaliyyətinin təsirindən biosfer əsaslı surətdə, həm də sürətlə dəyişir. Bu vəziyyəti Nobel mükafatı laureatı etioloq N.Tinbergen belə xarakterizə edir: “Biz ətraf mühiti o qədər sürətlə dəyişirik ki, bizim genetik şərtləndirilmiş əxlaqi uyğunlaşmağımız bu qədər kəskin kökündən dəyişmə ilə ayaqlaşa bilmir. İnsanın genetik təkamülünü sürətləəndirmək və onu bəzən dəhşətli olan bu dəyişkənliklərə uyğunlaşdırmaq bizim gücümüzün imkanları daxilində deyildir. Bizim yeganə ümidimiz-bu yeni mühiti idarə etməyi öyrənməkdən ibarətdir.”
Biosferin vəziyyəti onun tərkib hissəsi olan hava, su, torpaq, eləcə də flora-fauna, landşaft və iqlimin fiziki parametrləriilə xarakterizə olunur. Bu komponentlərdən hər birinin insan faliyyəti nəticəsində dəyişməsi bütünlüklə biosferdə gedən dəyişmə ilə nəticələnir. Bu, bir daha sübut edir ki, antropogen amillərin əsas kriteriyası onun qlobal olmasıdır.
İnsanın biosferə təsiri üç əsas halda özünü göstərir.
Birinci hal – kor təbii antropogen təsirdir. Buna misal sənaye kompleksləri tərəfindən çirkləndirici maddələrin təbii mühitə atılmasını göstərmək olar.
İkinci hal – təbiətin imkanlarından istifadə etməklə, təbiətə əsaslı, lakin məqsədli təsir etmədən biosferin elementlərini dəyişdirməsini misal göstərmək olar.
Üçüncü hal – təbii imkanlardan istifadə etməklə təbiəti şüurlu surətdə əsaslı və irimiqyaslı dəyişdirmək-məqsədli təsir göstərməyi misal göstərmək olar.
Göstərilən qarşılıqlı əlaqə hallarının müxtəlif pozitiv effektləri olsa da, bütünlüklə onlar təbiətdə mənfi nəticələrə səbəb olur: bəzi hallarda isə bel dəyişikliklər yalnız mənfi xarakter daşıyır.
Şübhəsiz ki, sənayeləşməyə, texniki inkişafa biosferin inkişafını potensial ləngidən amillər kimi baxılmamalıdır. Təbii mühitin pisləşməsi və ekoloji tarazlığın pozulması hallarına sənayeləşmiş cəmiyyətin ümumi strategiyasının qaçılmaz nəticəsi kimi baxmaq olmaz və bu – texniki səhvlərin olması və texniki inkişafın lazımi səviyyədə olmaması ilə əlaqədardır.
Antropogen təsirlər praktiki olaraq onun bütün hallarında biosferdə təbii tarazlığa təsir edir, onu dəyişdirir. Bu dəyişmələrin bəziləri təbii fluktuasiya fonunda az nəzərə çarpandır, bəziləri isə artıq çox böyük ölçülərə çatmışdır ki, bunların da bir hissəsi dönməz xarakterlidir. Həmin dəyişmələr istər insan üçün, istərsə də təbiətin özü üçün həm xeyirli (bioloji məhsuldarlıq artır, biosenozların cavanlaşması baş verir), həm də zərərli (ətraf mühitin çirklənməsi,bərpa olunmayan ehtiyatların tükənməsi, bərpa olunan ehtiyyatların təkrar təbii bərpası imkanlarının və öz-özünü tənzimləmə xassələrin zəiflənməsi) xarakter daşıyır.
İnsanın təbiətə təsiri-hansı təsirin təbii sistemlərə mənfi, hansının isə müsbət təsiri baxımından analizi akademik S.S.Şvarsa imkan vermişdir ki, o, sənayeləşmənin yaratdığı bəzi ümumi dəyişmələri biosferin inkişafının potensial əlverişli amili kimi xarakterizə etsin. Göstərilir ki, antropogen fəliyyət nəticəsində CO2-nin atmosferdə artması yüksək məhsuldarlı bioloji sistemlərin formalaşmasına gətirir; antropogen təsir ekosistemlərdə enerji mübadiləsini artırır, bu isə biosferin cavanlaşmasına səbəb olur. S.S.Şvarsa görə, urbanizasiya və sənayeləşmə proseslərinin təsiri altında gedən biosenozların sadələşməsi, onların cavanlaşması, qida zəncirində ayrı-ayrı halqaların dəyişilməsi, heyvanların ilkinc üzvi maddələrin destruktorları kimi rolunun artması-bütün bunlar biosferin deqradasiyası deyil, onun yeni şəraitdə təkamülüdür.
İnsanın onu əhatə edən mühitə təsirinin xarakteri və miqyası onun biosferdəki vəziyyətinin ikili olması ilə müəyyən edilir. Bir-tərəfdən, insan-dövretmənin ümumi sisteminə daxil olan bioloji obyekt kimi qarşılıqlı trofik və energetik təsirin və adaptasiyanın mürəkkəb sistemi mühiti ilə zəruri əlaqədədir. Bu əlaqələr sistemində insan-aerob tipli mübadiləsi olan bir fərd kimi, heterotrof konsument-polifaq həyat statusu daşıyır. Digər tərəfdən, cəmiyyət-mühit qarşısında texniki, məişət və mədəni ehtiyaclarından irəli gələn elm, texnika və mədəniyyət artdıqca daha proqressivləşən geniş profilli qeyri-bioloji tələblər qoyan yüksək inkişaf etmiş sosial sistemdir. Bunun nəticəsində təbii ehtiyatların istifadə miqyasları insanın sırf bioloji tələbatını əhəmiyyətli dərəcədə üstələyir. Bununla əlaqədar bioloji ehtiyatların istismarının artırılması zəruriliyi qarşıya çıxır və nəticədə təbii trofik əlaqələr pozulur, dövriyyəyə qayıtmayan üzvi maddənin miqdarı getdikcə artır.
İnsanın sosial-texnii tələbatı ətraf mühitdən biogen dövriyyəsinə daxil olmayan və müvafiq ilkinc vəziyyətinə qayıtmayan və bərpa olunmayan maddələri ayırıb mənimsəməklə baglıdır. Bərpa olunmayan ehtiyatlar problemi belə yaranır. Həmçinin, biogen və abiogen maddələrin bir çox texnoloji emalı məhsulları da spesifik bioloji destruktorları olmadığından dövriyyəyə qoşulmur; onlar parçalanmırlar və biosferin çirkləndiriciləri kimi toplanırlar.
Göründüyü kimi, biosferin çirklənməsi, prinsif etibarilə, bilavasitə müasir təsərrüfat formasının nəticəsidir. Ətraf mühitə atılan bir çox məhsulların toksinliyi təbii bioloji sistemlərin strukturunu və funksiyasını pozur, axır nəticədə isə insan həyatının bioloji şəraitini dəyişməklə onun yaşayış tərzini pozur və beləcə kritik situasiya yaranır: sosial sistem olan insan bioloji resurslara nisbətən daha geniş fəaliyyət göstərir və bununla da təkamül prosesində tarazlaşmış bioloji dövriyyəni tarazlıq halından çıxarır.



Məlumdur ki, fəlakətlə nəticələnən təbiət hadisələri, həmin yerin coğrafi şəraitindən, tarixi, sosial və iqtisadi inkişafından asılıdır. Dəhşətlisi odur ki, təbii fəlakətlər iqtisadiyyata xeyli maddi ziyan vurmaqla insanları daima qorxu altında saxlayır.
Bu gün katastrofik – faciə, fəlakət, qəza – termini sosial-iqtisadi məna daşıyır və ilk öncə əhali arasında həlak olanların sayını və dəyən maddi ziyanı xarakterizə edir. Son 20 ildə dünyanın müxtəlif regionlarında təbii fəlakətlər 3 milyon insanın ölümünə səbəb olmuşdur. Ümumiyyətlə isə bu fəlakətlərdən 800 milyon adam zərər çəkmişdir.
Statistik təhlil göstərir ki, yer üzərində təbii fəlakətlərin sayı çox yüksəkdir: hər ay 20-50 hadisə qeydə alınır. Keçən əsrin 20-ci illərində 14 güclü qəza hadisəsi baş vermişdir, 80-ci illərdə isə onların sayı 70-ə çatmışdır, yəni 5 dəfə artmışdır.
Dinc, müharibəsiz keçən illərdə iqtisadiyyata və insanların sağlamlığına ciddi zərər vuran fəlakətlərin baş verməsi hava şəraiti ilə bağlıdır. Belə ki, 1970-1996-cı illər arasında baş verən 40 ən ağır faciələrdən 15-i hava şəraiti ilə əlaqədar olmuşdur. Ümumdünya Meteoloji Təşkilatının verdiyi məlumata görə, bu dövrdə 515 min insan ölmüş və ya itkin düşmüşdür, o saydan 300 min nəfər 1970-ci ildə banqladeş üzərindən tropik siklonun keçməsi nəticəsində həlak olmuşdur.
Təbii fəlakətlər arasında sellər daha təhlükəli və daha əhatəlidir. Sellərin yaranması, əsasən, çox güclü leysan yağışların yağması və qar örtüyünün sürətlə əriməsi ilə əlaqədar baş verir. Güclü sel hadisələri Qərbi Avropanın və ABŞ-ın dağlıq rayonlarında, xüsusilə Los-Anceles zonasında, Cənubi Amerikada, Yaponiyada, Orta Asiya, Qafqaz, Karpat dağlarında və başqa yerlərdə müşahidə olunur.
XX əsrdə dünyanın ayrı-ayrı regionlarında yüzlərlə dağıdıcı gücə malik sel hadisləri baş vermişdir. Xüsusilə dəhşətli sel hadisələri 1963-cü ildə buzların əriməsi və sürüşməsi nəticəsində Alatau dağlarının mərkəzi hissəsində müşahidə edilmişdir. Bu zaman selin gətirdiyi bir neçə milyon kub metr həcmində müxtəlif materiallar az vaxtda İssık gölünü doldurmuşdur. 1965-ci ildə Fərqanə vadisində və 1967-ci ildə Şimali Qafqazda əmələ gələn sellər nəticəsində bir neçə milyon kub metr bərk material gətirilmişdir. Həmçinin, 1971-ci ildə Baykal-Amur magistralında dəmir yolları dağıdılmışdır.
Dünyada 1990-1996-cı illərdə 22 faciəli daşqınlar baş verib ki, bunun da hər birində 1000 nəfərə qədər insan tələf olmuş, 1 milyard ABŞ dolları həcmində maddi ziyan dəymişdir. ən dağıdıcı subasma 1991-ci ildə Banqladeşdə olmuşdur. Bu zaman 140 min adam ölmüşdür. Çində 1996-cı ildə daşqınlar zamanı ölkəyə ən böyük ziyan-26,5 milyard ABŞ dolları qədər ziyan dəymişdir. Bu ölkədə ən güclü daşqınlar 1998-ci ildə müşahidə olunmuşdur. Həmin daşqın Yantszı çayında 1954-cü ildən sonra ən dəhşətli daşqın idi.
Mütəxəssislər qeyd edirlər ki, bu və ya digər regionda qısa vaxt ərzində subasmaların təkrar olunması adi hal kimi qəbul edilməlidir. Məsələn, Cənubi Koreyada 1995-ci ilin iyul-avqust aylarında 68 adamın ölümünə və 15 milyon ABŞ dolları maddi ziyana, bir ildən sonra-1996-cı ildə yenidən 67 adamın ölümünə və 1,7 milyard ABŞ dolları maddi ziyana səbəb olan fəlakətli subasmalar baş vermişdir. Bir neçə aydan sonra, su ilə bağlı digər fəlakət- uzunmüddətli quraqlıq bu ölkəni təlatümə gətirmişdir. Başqa bir misal: 13 ay ərzində dekabr 1993-yanvar 1995-ci illərdə Avropanın ən nəhəng çayı olan Reyn çayı iki dəfə daşmışdır.
Fəlakət doğuran daşqınların əksəriyyətinin baş verməsinə güclü, bəzi hallarda isə tropik siklonlarla müşayiət olunan yağışlar, tufan və yə mussonlar səbəb olur.
Dünyanın bir çox ölkələri daşqınların, subasmaların, sellərin təhlükəsini həmişə yaşamalı olurlar. Keçən əsrin 90-ci illərində Afrika fəlakət gətirən daşqınlarla üz-üzə qaldı: 1990-cı ildə Tunisdə, 1991-ci ildə Malavidə, 1994-cü ildə Misirdə, 1993-cü ildə Cənubi Amerikada daşqınlardan yüzlərlə insan ölmüş, yüzlərlə milyon ABŞ dolları zərər dəymişdir. Hətta, quraq regionlarında, məsələn, Yəmənin subasmalara məruz qalmaması istisna deyildir.
XX əsrin son onilliyində baş verən daşqınlar nəinki ümumi ziyana görə, həm də suyun səviyyəsinin qalxmasına, yəni geofiziki xarakteristikaya görə də əvvəlkilərdən dəhşətlidir. Məsələn, Polşada baş verən sonuncu subasması rəsmi statidtika, ölkənin minillik tarixində ən nəhəng və ən dəhşətli təbii fəlakət kimi göstərmişdir. Həmçinin, 2000-ci ildə dünyanın müxtəlif regionlarında baş verın güclü daşqınlar çoxlu sayda insan tələfatına və böyük dağıntılara səbəb olmuşdur. Lakin nəinki iqlimin dəyişməsi, həm də insan fəaliyyətinin bir çox sahələri daşqınların baş vermə təhlükəsini artırır. Meşələrin kütləvi qırılması, urbanizasiya və çayların məcrasının dəyişdirilməsi suyun akkumulyasiya imkanlarını azaldır ki, bu da yağmurlar və su axını maksimumları arasındakı vaxtın qısalması ilə nəticələnir.
XX əsrin son 90 ili ərzində buzlaqlardan ayrılan su axını 200-250 kub km artmışdır. Bu göstərici okeanın su kütləsinin XX əsrdə ümumi artımının 40%-ə qədərini təşkil edir. Gələcəkdə gözlənilən qlobal istiləşmə, çox güman ki, buzlaqların azalması və dünya okeanın həcminin və səviyyəsinin artması yönümündə davam edəcəkdir.
Bəzi proqnozlara görə, XX əsrin 20-ci illərində Qafqazda və Orta Asiyada yağmurların miqdarı, 100-150 mm artacaq, yanvar ayında orta temperatur 7-8 C yüksələcək, iyunda isə temperatur dəyişməz qalacaqdır. Lakin bu regionlarda yağmurların artması ilə istiləşmə bir-birilərini tənzimləyəcəklərindən yaxın 50 ildə narahatlıq doğuran hadisələrin baş verməsi gözlənilmir.
Statistika göstərir ki, XXI əsrin əvvəlləri əsl mənada sellər və daşqınlar dövrü kimi xarakterizə oluna bilər. Təkcə bir ay-2002-ci ilin avqust ayı qlobal miqyasda analoqu olmayan təbii fəlakətlər ayı olmuşdur. Aramsız yağan leysan yağışlar nəticəsində Avropa xüsusilə ciddi zərər çəkmiş və iflic vəziyyətinə düşmüşdür. Avqust ayının 10-20-i arasında güclü yağan yağışlar nəticəsində Avstriya, Almaniya, İtaliya, İspaniya, Çexiya, Macarıstanın əksər şəhərləri su altında qalmışdır. İspaniyadan Fransaya gedən dağ yolları bağlanmış, nəqliyyatının hərəkəti dayanmışdır. İtaliyada yağıntının aylıq norması bir neçə dəfə artaraq Roma şəhərini iflic vəziyyətinə salmışdır. Şəhərin küçələrində suyun səviyyəsi 80-100 sm-ə çatmışdır. Hava limanlarında uçuş-enmə zolaqları su altında qaldığından şəhərlə hava əlaqəsi də kəsilmişdir. 
Çexiyada daşqınların pik nöqtəsində Vitaxa çayın səviyyəsi 8 m-ə çatmışdır. Sonrakı günlərdə səviyyə 5 m-ə qədər aşağı düşərək 2,5-3 m arsında olmuşdur. Həmin günlər Çexiyada vəziyyət ağır olaraq qalmışdır, Deçin və Terezin şəhərləri su altında idi. Daşqınlar nəticəsində Çexiyanın şimalında uzunluğu 20 km, eni isə 8 km olan göllər əmələ gəlmişdir. Buna oxşar vəziyyəti həmin günlərdə Almaniyanın Drezden şəhəri də yaşadı. Son məlumatda deyilirdi ki, Elba çayının səviyyəsi Drezden şəhəri yaxınlığında 9,5 m-ə çatıb. Halbuki avqust ayında Elbada suyun səviyyəsi 2 m-dən artıq olmur. Sonuncu bu cür böyük daşqın isə 1845-ci ildə olmuş və o zaman Elbanın səviyyəsi 8,77 m-ə çatmışdır.
Təbii fəlakətlər digər Şərqi Avropa ölkələrində də insan tələfatına və dağıntılara səbəb olmuşdu. Bu cəhətdən Macarıstan, Slovakiya, Ukrayna, eləcə də Rusiya xeyli zərər çəkmişdir. İnsantələfatı ilə müşayiət edilən güclü subasmalar və daşqınlar Hindistanda və Çilidə müşahidə olunmuşdur.
Avropanı bürüyən güclü yağışlar həmin dəhşətli avqust günlərində Rusiyanın bir sıra yerlərində dağıntılar törətdikdən sonra siklonların Qafqaz və ətraf regionlarda fəallaşması qeydə alınmışdır. Güclü yağışların yağması nəticəsində Azərbaycan Şəki, Qax və Qəbələ rayonlarının çaylarnda daşqınlar baş vermişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya xidmətindən verilən məlumatlara görə, Gurmuxçay, Bumçay, Kişçay, Dəmiraparançay və bir sıra başqa çaylarda suyun səviyyəsi xeyli artmış, küçə və evlər su altında qalmış, insan tələfatı baş vermişdir. Azərbaycanda 2003-2004-cü illərdə güclü və uzun sürən yağışların yağması, dağlara düşən böyük miqdarda qarların əriməsi nəticəsində Kür çayı öz məcrasından çıxmış, çaysahili ərazilərdə yerləşən bir neçə şəhəri su basdığından yüzlərlə ev dağılmış, insanlara külli miqdarda ziyan dəymişdir.
Təbii fəlakətlərin qlobal mənada artması tendensiyası getdikcə stabil xarakter almaqdadır. Məsələn, Çinin Yantszı çayı 1911-ci ildən indiyə kimi mütəmadi olaraq ciddi dağıntı və insan tələfatı ilə müşayiət olunan daşqınlar əmələ gətirir.
Sel hadisələri əsasən iki qrupa bölünərək proqnozlaşdırılır:
I – coğrafi proqnozlaşdırma, bu iki hissədən ibarətdir: a) ərazinin potensial sel əmələ gəlmə hadisəsinin keyfiyyətcə qiymətləndirilməsi; b) hidrometeoroloji şəraitin kəmiyyətcə qiymətləndirilməsi.
II – sel regionlarında mühitin öyrənilməsi metodları, ərazinin mühafizə tədbirlərinin həyata keçirilməsi, layihələşdirmə və hidrotexniki qurğuların inşa edilməsi.
Sel hadisələrinə qarşı əsasən üç mühafizə əməliyyatından istıfadə olunur:
1 – iqtisadi və texniki tədbirlərin təşkili
2 – meşə örtüyünün qorunması, qarın əriyib sel əmələ gətirmə dövründə suların təhlükəsizləşdirilməsi
3 – eroziyalara qarşı terrasların yaradılması.

SUNAMİ - DƏHŞƏTLİ TƏBİƏT HADİSƏSİ
İnsan yarandığı kaynazoy erasının antropogendövründən(təxminən 1,8 mln il bundan əvvəl) bugünə kimi bir parçası və ayrılmaztəbii komponenti olduğu təbiətlə dəfələrlə qarşı-qarşıya gəlmiş və onunşıltaqlıqları qarşısındadaim çarəsiz qalmışdır. Yer kürəsinin özünə məxsus təbii quruluşu varBu təbii quruluşun əsasını coğrafi təbəqə təşkil edirCoğrafi təbəqədə müşahidə olunan qanunauyğunluqlar (maddələr dövranı, ritmlik, zonallıq, sektorluq,bütövlük) bəzən insan nəsli tərəfindən dəyişilməyə başlanınca çox böyük qorxulu hadisələrin meydana gəlməsinə səbəb olmuşdur. Elə bunun nəticəsidir ki, canlı insan övladı bəzən cansız təbiət hadisələri qarşısında boyun əymiş və öz təfəkküründə onlara fövqəltəbii qüvvələr isnad etmişbu fövqəltəbii qüvvələrə inanmağa başlamışdır. Məlsələn Hind və Qanq çayları kimi.
Yer kürəsində qlobal miqyasda daha təhlükəli təbiət hadisələrinə -Ozon qatının deşilməsi, fəlakətli sel hadisəsi, zəlzələlər, vulkanlar, atmosferdə ozon qatının deşilməsi və son vaxtlar bütün dünyanı dəhşətə gətirən Tornado və Sunami hadisələri. Bu qorxunc fəlakətli hadisələrdən Sunami üzərində dayanaq və görək Sunami nədir, Yer kürəsinin hansı hissələrində müşahidə olunur?
Sunami (yaponca) - əsasən, güclü sualtı zəlzələ, qismən vulkanik püskürmə nəticəsində okean səthində yaranan nəhəng dalğalardır.
Yayılma sürəti 50-1000 km/saat təşkil etməkdədir.
Hündürlüyü açıq okeanda 2-3 m, sahil yaxınlığında 10-50 m və daha çoxdur. Sunami qurunun içərilərinə soxularaq böyük dağıntılara səbəb olur.
Əsasən Sakit okeanda müşahidə olunur. Sunami ilə əlaqədar 1000-dən çox hadisə məlumdur. Bu baş vermiş hadisələrdən 100 dənəsi (məsələn, Yaponiya sahilləri yaxınlığında (1933), Kamçatkada , Kuril adalarında (1952) və digər ərazilərdə (Çili, Peru) faciəsi ilə nəticələnmişdir. 40-50 -ci illərdə ABŞ, Yaponiya və Rusiya Sunami yaxınlaşmasını xəbər verən xüsusi stansiyalar şəbəkəsi yaratmışdır. Lakin bütün bu görülən hadisələrə qarşı tədbirlərə baxmayaraq , bir də 2005-ci ildə Cənub-Şərqi və Şərqi Asiyada baş vermiş sunami hadisəsi yenə də insanın təbiət faciələri qarşısındakı acizliyini ortaya qoydu.

Təbiətin 7 qeyri-adi hadisəsi ilə tanış olaq.

Qütb parıltısı yalnız yuxarı enliklərdə müşahidə olunan təbiətin gözəl optiki hadisələrdən biridir. əksər hallarda qütb parıltısı mavi-ağ olur və yalnız nadir hallarda çoxrəngli parıltıya təsadüf etmək olar. Qütb parıltısı Yer kürəsinə yerətrafı kosmik mühitdən geomaqnit sahənin güc xətləri istiqamətində hərəkət edən yüklü hissəciklərin atmosferin yuxarı qatların bombalaması nəticəsində yaranır. Qütb parıltısı bir neçə saatdan bir neçə günə qədər davam edir və öz qeyri adi gözəlliyi ilə insanları valeh edir.

2. İldırım və şar ildırımı
İstənilən şimşək mühitdən asılı olaraq müxtəlif forma alan elektrik cərəyanıdır. əvvəllər yanan şar adlandırılan şar ildırım xüsusilə maraqlıdır. Şar ildırımların yaranma təbiəti dəqiq deyil. Bəzən onları ev və təyyarələrin daxilində də müşahidə etmişlər. Şar ildırımların davranışı da hələ dəqiq məlum deyil. Şar ildırımların davranışı da hələ dəqiq məlum deyil. Şar ildırım yanar-qırmızı, narıncı və ya sarı rəngdə olub, itənə qədər havada uça bilər. İldırım həmişə göy gurultusu və parlaq işıqla müşahidə olunur. Hər birimiz adi xətli şimşəyi müşahidə etmişik, lakin şar şimşək nadir hallarda təsadüf edilir. Təbiətdə hər adi xətli şimşəyə təxminən 2-3 şar şimşək düşür.
3. Göy 
Hamımız adi ayı görməyə öyrəşmişik, lakin bəzən yüksək rütubət, atmosferin tozlanması və digər səbəblərdən Ay müxtəlif rənglərə boyanmış görsənir. Xüsusən göy və qırmızı Ay daha qeyri-adidir.Göy ay çox nadir təbiət hadisəsidir. Göy ay kül və his zamanı yaranır. Misal üçün Kanadada meşələr yanan zaman ay bütün həftəni göy rəngdə oldu.

MAVİ GÜNƏŞ Misirin paytaxtı Qahirə yaxınlarındakı piramidaların təhlükəsizlik kameraları, 14 dekabr 2006da saat 16.47dən başlayan qəribə bir hadisəni qeyd etdi. Günəşin rəngi, təxminən 15 dəqiqə boyunca maviyə döndü. Görünüşlər daha sonra bir qrup fizikaçı tərəfindən araşdırıldı. "Mavi günəş hadisəsi" ilə əlaqədar hazırladıqları hesabatda bu ifadələr iştirak etdi: "Təhlükəsizlik kamerası tərəfindən yazılan və ilk dəfə sənədləşdirilmiş olan 'mavi günəş hadisəsi', bu günə qədər yalnız 5 dəfə yaşanmışdır. Ən son 'mavi günəş hadisəsi' 1950də Şotlandiyanın Edinburg şəhərində meydana gəldi." Ancaq elm adamları yazılı hesabatlarında, hadisəyə səbəb olan faktorlara yer vermədilər. Bu gün də sürən araşdırmalarla əlaqədar bəzi elm adamları "mavi günəş hadisəsinin" havadakı çirkliliyə bağlı olduğunu müdafiə edir.
BUZ HALQALARI> Sibir kimi çox soyuq bölgələrdə ortaya çıxır. Bəzən debisi çox aşağı axar sularda da meydana gəlir. Elm adamları, tam olaraq hansı şərtlərdə meydana gəldiklərini araşdırır.
ATƏŞ XORTUMLARI:>Bir neçə metr yüksəkliyə qədər çata bilən alovlardan ibarət olan bir xortum. Bir neçə dəqiqə davam edir. Elm adamlarına görə isti hava axınları nəticəsində meydana gəlir ancaq hansı faktorların bir yerə gəlməsinin nəticəsində meydana gəldiyi qəti olaraq bilinmir. Daha çox kolluqlarda çıxan yanğınlarda meydana gəlir amma çox nadir görülür.
Səmada, üfüqə doğru fırlanaraq uzanan, təbiətin ən cazibədar və nadir əsərlərindən biri Urugvayda göstərildi.
"Silindr bulud" olaraq adlandırılan, çox nadir görülən bir təbiət hadisəsi, Cənubi Amerikada, Daniela Mirner Eberl tərəfindən Urugvayda, Maldonadonun Las Olas Çimərliyində fotoşəkli çəkildi.

Qirmizi Kitab

Qırmızı kitab — məhvolma təhlükəsi altında olan heyvan, bitki və göbələk növləri haqqında məlumat toplanan kitab. "Qırmızı kitab"lar müxtəlif cür ola bilər – beynəlxalq, milli və regional. Azərbaycan Respublikasının "Qırmızı Kitab"ı nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir. O, Respublikanın bütün ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda heyvan və bitki növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks etdirir.
Mövcud "Qırmızı Kitab" 6 hissədən ibarətdir və özündə nadir və nəsli kəsilmək təhlükəsi olan 14 məməli növü, 36 quş növü, 5 balıq növü, 13 amfibi və reptili növü, 40 həşərat növü və 140 bitki növü haqda məlumatı əks etdirir.
Respublika "Qırmızı Kitab"ına fauna və flora növləri 2 kateqoriya üzrə daxil edilmişdir: yoxa çıxmaq təhlükəsi olan və nadir növlər. Birinci kateqoriyaya bir sıra mənfi amillərin təsiri nəticəsində (tələf olması və yaşadığı yerlərin dağıdılması) sayı və arealı əhəmiyyətli dərəcədə azalan və böhran səviyyəsinə çatan növlər daxildir. Sayı azalmağa doğru meyl edən və kiçik sahələrdə rast gəlinənən növlər isə nadir növlərə aiddir. Az öyrənilmiş, təbiətdə sayı və ehtiyatları haqqında lazımı məlumat olmayan, onların mühafizəsinin təşkili işində müəyyən çətinliklər törədən heyvan və bitki növləri də nadir növlər hesab olunur. Qanunvericiliyə əsasən Azərbaycan Respublikasının "Qırmızı Kitabı"nın hər 10 ildən bir çap olunması nəzərdə tutulmuşdur. "Qırmızı Kitab"ın I nəşri 1989-cu ildə həyata keçirilmiş, və bu kitabın yeni II nəşrinin aparılması zərurəti yaranmışdır.
Azərbaycan Respublikası Prezidentinin 24 mart 2006-cı il 1368 №-li Sərəncamı ilə "Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı" təsdiq edilmiş, onun 1.1.3-cü bəndində 2009-cu ildə "Qırmızı Kitab"ın II nəşri nəzərdə tutulmuşdur. Bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2006-cı il 12 aprel tarixli 189/Ü nömrəli əmri ilə elmi təşkilatların nümayəndələrinin iştirakı ilə Redaksiya Heyəti yaradılmışdır.
Hazırda Milli Elmlər Akademiyasının müvafiq institutları ilə birgə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Qırmızı Kitab"ın II nəşrinin hazırlanması istiqamətində müvaviq tədbirlər həyata keçirilir. Alimlər öyrənmişlər ki, 1600-cü ildən bəri 150-dən çox vəhşi heyvanların və quşların nəsli tamamilə kəsilmişdir. Respublikamızın "Qırmızı kitab"ının tərtib olunması üçün 1977-ci ildə qərar verilmişdir. Kitab 1989-cu ildə nəşr olunmuşdur. Bitki və heyvanların "Qırmızı kitab"a düşməsi onların sayının azalmasının qarşısını xeyli almışdır. Respublikamızın "Təbiət gözəli" olan ceyranların sayı indi artaraq 8 min başa çatmışdır. Adı "Qırmızı kitab"a düşən bir çox bitki və heyvanlar isə ciddi surətdə qorunur. Dünyada 20 minə kimi bitki növünün yığılması qadağan olunmuşdur. 600 heyvan növünün qırılmaq təhlükəsi var.

Qırmızı kitaba düşmüş bitkilər



  1. Hirkan şümşadı
  2. Dəmirağac
  3. Şabalıdyarpaq palıd
  4. Hirkan ənciri
  5. Hirkan armudu
  6. Xəzər lələyi
  7. İkək akasiyası
  8. Qafqaz xurması
  1. Ürəkyarpaqlı qızılağac
  2. Budaqlı danaya
  3. Hirkan bigəvəri
  4. Eldar şamı
  5. Qafqaz rododendron
  6. Çoban sarmaşığı
  7. Laqodex acıçiçəyi
  8. Təmiz kladoxeta
  1. Qaraçöhrə
  2. Şərg çinarı
  3. Qafqaz xədicəgülü
  4. Məxməri gərməşov
  5. Naxçıvan gəvəni
  6. Araz palıdı
  7. Xəzər zəfəranı
  8. Su zanbağı
  9. Qafqaz dəmirağacı

Qırmızı kitaba düşmüş heyvanlar


  1. Talış qırqovulu
  2. Hirkan arıquşu
  3. Qara leylək
  4. Qıvrımlələk qutan
  5. Mərmər cürə
  6. Ağquyruq Dəniz qartalı
  7. Məzar qartalı
  8. Berkut
  9. Laçın
  10. Turac
  11. Forel balığı
  12. Təkə
  13. Köpgər (qaranaca)
  14. Muflon
  15. Qafqaz tetrası
  16. Qafqaz uları
  17. Bəbir
  18. Çöl qartalı
  19. Ardıc ağıriyli
  20. Bəzgək
  21. Dovdaq
  22. Sultan toyuğu
  23. Ərsindimdik
  24. Qızılqaz
  25. Qırmızıdöş qaz
  26. Fısıldayan qu
  27. Kiçik qu
  28. Ceyran
  29. Çökəkburun cüllüt
  30. Ağquyruq çökəkburun
  31. Çöl haçaquyruq cüllütü
  32. Turan pələngi
  33. Göl pişiyi
  34. Ön Asiya bəbiri
  35. Zaqafqaziya dağ qoyunu
  36. Zaqafqaziya bezoar keçisi
  37. Zaqafqaziya qonur ayısı
  38. Zolaqlı kaftar
  39. Vaşaq
  40. Manul pişiyi
  41. Adi uzunqanad
  42. Cənub nalburnu
  43. Enliqulaq bükükdodaq
  44. Sarıqlı safsar
  45. Suriya sarımsaq qurbağası
  46. Adi triton
  47. Daraqlı triton
  48. Adi quru qurbağası (Boz quru qurbağası)
  49. Kiçik Asiya gürzəsi
  50. Eskilon ilan
  51. Zaqafqaziya təlxəsi
  52. Aralıq dənizi tısbağası
  53. Xarabalıq kələzi
  54. Qızılı mabuya
  55. Zolaqlı çılpaqgöz
  56. Ox-ilan
  57. Zaqafqaziya takır girdəbaşı
  58. Ağ durna
  59. Baloban
  60. Toğlugötürən
  61. Şahin
  62. Cek
  63. Çay qaraquşu
  64. İncədimdik kronşnep (əyridimdik)
  65. İlanyeyən
  66. Xəzər uları
  67. Tetraçalan
  68. Türküstan tüviki
  69. Qaraqarın bağrıqara
  70. Ağboğaz bülbül
  71. Səhra qar quşu
  72. Dağ keçisi
  73. Şahin
  74. Toğlugötürən
  75. Çəhrayı qutan
Maraqlı məlumatlar
Bədəninin uzunluğu 34 sm, kütləsi 160 q-dək olur. Lələkləri yumşaqdır. Rəngi qırmızımtıl-boz, quyruğu qaradır. Qanadının üzərində qara xallı mavi ləkə, başında qara ləkəli kəkili var. Avropada, Asiyada və Şimal-Qərbi Afrikada yayılmışdır. , Azərbaycanda Qafqaz meşələrində rast gəlinir. Payızda və qışda köçür. Ağacda düzəltdiyi yuvaya 5—7 ala-bəzək yumurta qoyur. 16—17 gün kürt yatır. Toxum, giləmeyvə, palıd qozası və cücülərlə qidalanır. Palıd qozasını qış üçün ehtiyat yığır. Ziyanverici cücüləri məhv etməklə fayda, xırda quşların yuvasını dağıtmaqla isə zərər verir.
Respublikanın çay şəbəkəsi 8350-dən çox çaydan ibarətdir ki, bunlardan 2 çayın uzunluğu 500 km-dən çox, 22 çayın uzunluğu 101-500 km arasında, 324 çayın uzunluğu 11-100 km arasındadır, əksər çayların uzunluğu isə 10 km-dən azdır.
Qoruğun adı Qax rayonundakı İlisu kəndinin adı ilədir. Həmin kəndin adı isə onun yaxınlığındakı kükürdlü suyu olan bulaqdan gələn iy ilə əlaqədar olaraq «iyli su» mənasından yaradılmışdır.Qoruğun təşkil edilməsndə məqsəd təbii kompleksi daha yaxşı qorumaq və bərpa etmək, nadir və məhv olmaq təhlükəsi qarşısında olan bitki və heyvanları qorumaq və artırmaq, meşələrin əvvəlki vəziyyətini bərpa etmək, torpaqların eroziyaya uğramasının və sel hadisələrinin qarşısını almaq və s. ibarətdir.
Humus,çürüntü
(lat. humus – torpaq, yer) – torpağın bitki və heyvan qalıqlarının biokimyəvi çevrilməsi nəticəsində əmələ gələn tünd rəngli üzvi hissəsidir. Humusun tərkibinə humin turşuları (torpağın məhsuldarlığı üçün ən vacib olan) və fulvoturşular daxildir. Humusda mikroorqanizmlərin köməyi ilə bitkilərin ala bildiyi əsas qida elementləri (azot, fosfor, kükürd, karbon və s.) vardır. Humus torpağın məhsuldarlığını artırır, onun bioloji aktivliyini yüksəldir.
HİPOEKOSİSTEM
Tam struktura malik olmayan ekosistemlərdir. (məs, çay və mağara ekosistemləri, takır və çaybasar, həmçinin səhralarda bərkiməmiş qumların ekosistemləri).
Xəzər dənizinin ekoloji problemləri
Xəzər dənizini çirkləndirən əsas mənbələr aşağıdakılardır:
təmizlənməmiş sənaye məhsulları və kənd təsərrüfatı tullantıları,
çay və dəniz gəmiçiliyi,
quru və su sahillərində qaz və neft buruqlarının istismarı,
dəniz dibinin dərinləşdirilməsi işləri zamanı ikinci çirklənmə,
atmosfer və su vasitəsilə uzaq zonalardan çirkli maddələrin gəlməsi

Hidrosfer
Yerin su təbəqəsi atmosferlə litosfer arasında yerləşir. Yer səthinin 70,8%-ni təşkil edir.Hidrosferin həcminin təqribən 94%-i dəniz və okeanlar, 4%-i yeraltı sular, 2%-i, əsasən, Arktika, Antraktida və Qrenlandiyanın buzlaq və qar suları, 04%-i qurunun səth sularıdır (çay, göl, bataqlıq). Hidrosfer atmosfer, yer qabığı və biosferlə daim qarşılıqlı
əlaqədədir.

Təbiətimizi sevək!
* * *
* * *
* * *
* * *
* * *
* * *
* * *
* * *
* * *
* * *

* * *
* * *
* * *
* * *
* * *
* * *
* * *
* * *
* * *
* * *
* * *
* * *
* * *
* * *
* * *
* * *
* * *
Hollandiyada lalə tarlaları..
* * *
* * *
Birdə dunyamızı susuz təsəvvür edin.
Mənalı =(
* * *
Çox mənali bir şəkildir..
=(
Swim =)
* * *
* * *
* * *
Mandarin duck..






















Комментариев нет:

Отправить комментарий